Lavrovdan İrəvana şok mesaj: Putin gələnə qədər... Dünya

Lavrovdan İrəvana şok mesaj: Putin gələnə qədər...

Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla Rusiya Xarici İşlər naziri Sergey Lavrov arasında ATƏT xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü çərçivəsində baş tutan görüş xoş keçməyib.
Bu məlumatı “İrates” yayıb. Məlumata görə, Lavrov budəfəki görüşdə AŞPA-dakı erməni nümayəndə heyətinin davranışı, eləcə də Gürcüstanın BMT Baş Assambleyasında Rusiyaya qarşı təqdim etdiyi qətnaməyə səsvermədə iştirak etməməsiylə bağlı narazılığını dilə gətirib:
“Görüşdə həmçinin Putinin 2 oktyabrda Ermənistana səfərinə də toxunulub. Lavrov Mnatsakanyana başa salıb ki, Putin İrəvana gələnə qədər Köçəryan həbsdən azad edilməlidir”.