S-400-lərin Türkiyəyə gətirilməsinin ilk mərhələsi bitdi Dünya

S-400-lərin Türkiyəyə gətirilməsinin ilk mərhələsi bitdi

Türkiyəyə S-400-lərin tədarükünün birinci mərhələsi bu gün başa çata bilər.
Bu məlumatı “Milliyet” qəzeti yayıb.
Mürtəd aviabazasında bu sistemin istismarı ilə bağlı təlimlərin keçiriləcəyini də qeyd edilib. Məlumata görə, bu prosesdə Rusiyada lazımi təlimlər keçən 100 türk hərbçisinin iştirak edəcək, onlara rus mütəxəssislər yardım göstərəcək.
Daha 80 türkiyəli hərbçinin Rusiyaya təlim almaq üçün göndəriləcəyi də vurğulanıb.
Qeyd edək ki, S-400-lərin ilk yerləşdirilməsinin noyabra qədər başa çatacağı və ümumilikdə sistemin 2020-ci ilin ilk üç ayı ərzində istifadəyə tam hazır olacağı bildirilir.