

1 İyul 13:26
Rusiyada Korrupsiya ilə Mübarizə Fondu və Aleksey Navalnının regional qərargahlarının bank hesablarına həbs qoyulub.
Bu məlumatı fondun mətbuat katibi Kira Yarmış öz Tvitter səhifəsində yayıb. Məlumata görə, fondun ofisində və əməkdaşlarının evlərində axtarışlar aparılıb.
Qeyd edək ki, Korrupsiya ilə Mübarizə Fondu Navalnı tərəfindən yaradılıb.