 
                
                
                
             
                
                
                
             
                
                30 Oktyabr 18:52
 
                
                30 Oktyabr 17:33
İran “Telegram”ın fəaliyyətinin bərpası üçün danışıqlara başlayıb
Gürcüstanda keçmiş nazirin evində axtarış aparılıb, müavini saxlanılıb
Zelenski Ukraynada hərbi vəziyyəti fevralın 3-nə qədər uzadıb
“Bu hadisə Azərbaycanın əleyhinə yönəlmiş təxribat xarakteri daşıyır”
Arvadına zor tətbiq edilməsi ilə bağlı saxlanılan şəxs barəsində qərar verilib
 11 Sentyabr  2019 14:19
11 Sentyabr  2019 14:19 1 645
1 645
ABŞ dövlət katibi Mayk Pompeo Tehranı Beynəlxalq Atom Enerjisi Agentliyi ilə tam əməkdaşlıq etməməkdə günahlandırıb. O deyib ki, bu, İranın “bəyan edilməmiş nüvə materialı və fəaliyyəti ilə məşğul ola biləcəyinə dair şübhələr yaradır”.
Pompeo sentyabrın 10-da yazdığı tvitdə bildirir ki, Tehranın BMT-nin nüvə gözətçisi ilə əməkdaşlıq etməməsi “İranın 40 illik yalanlar xislətinə” uyğun gəlir: 
“Dünya buna aldanmayacaq. Biz rejimin nüvə silahına gedən bütün yollarını bağlayacağıq”. Pompeonun bu bəyanatı Vaşinqtonun 2019-cu il BMT Baş Assambleyasından əvvəl mümkün qədər çox ölkəni Tehrana təzyiq göstərməyə sövq etmək cəhdləri ilə eyni vaxta təsadüf edir. Lakin bu tvitdən az sonra Pompeo müxbirlərə deyib ki, assambleya zamanı prezident Trampın İran prezidenti Həsən Ruhani ilə “heç bir şərt qoymadan” görüşməsi mümkündür. Baş Assambleya sentyabrın 23-də açılır.
Fransa Trampın İran liderləri ilə görüşməsinə nail olmağa çalışır. İran habelə Beynəlxalq Atom Enerjisi Agentliyi direktorlar şurasının sentyabrın 9-da keçirilən iclasında tənqid olunub.  Təşkilatın baş katibi Kornel Feruta deyib ki, o Tehrana səfəri zamanı İrana BMT müfəttişləri ilə “tam və vaxtında” əməkdaşlıq etməyin mühümlüyü barədə xəbərdarlıq edib. Bundan əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişləri İsrail kəşfiyyatının İranda müəyyənləşdirdiyi bir nüvə qurğusunda nüvə materialının izlərini tapdıqlarını bildirmişdilər. Agentlik habelə İranın yeni sentrifuqları quraşdırdığına dair bəyanatının dəqiqliyini təsdiqləyib.
Sentyabrın 9-da prezident Tramp müxbirlərə Ruhani ilə görüşün “mümkün” olduğunu deyib: “Görüşməkdə heç bir problem yoxdur. İran özünü qaydaya salmalıdır, çünki açığını desək, onların bu saat vəziyyəti çox pisdir və onlar özlərini çox asanlıqla qaydaya sala bilərlər”. 
 
 30 Oktyabr 21:52
30 Oktyabr 21:52 1 036
1 036 30 Oktyabr 20:43
30 Oktyabr 20:43 1 071
1 071 30 Oktyabr 20:42
30 Oktyabr 20:42 1 029
1 029 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    .webp) 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    .webp) 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    jpeg-1760094789.jpg) 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
        
         
                     
                    