Sədr müavini: Qazaxıstan Xəzərdə su səviyyəsinin azalması ilə bağlı qabaqlayıcı tədbirlər görür
Elmi-Tədqiqat İnstitutunda 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbçiləri təltif edilib - SİYAHI
“Formula 2”də zəncirvarı qəza olub, sessiya müvəqqəti dayandırılıb
6 Noyabr 2019 12:17
2 499
Tacikistan-Özbəkistan sərhədində sərhədçilərlə 20 nəfərlik silahlı dəstə arasında baş verən atışma nəticəsində 15 silahlı zərərsizləşdirilib, 1 əsgər və 1 polis əməkdaşı həlak olub.
“CA-NEWS” (TJ) xəbər verir ki, məlumatı Tacikstan Dövlət Təhlükəsizlik Komitəsinin Sərhəd Qoşunlarının Mətbuat Xidməti yayıb.
Hadisə noyabrın 6-da səhər saatlarında baş verib. Bir qrup silahlı “Sultanabad” sərhəd dəstəsinin 4 saylı “İşkobod” sərhədyanı zastavasına hücum edib.
Sərhədçilərin açdığı atəş nəticəsində onların 15-i öldürülüb, 5-i isə saxlanlıb.
Atışma nəticəsində bir əsgər və Tacikistan Daxili İşlər Nazirliyinin bir əməkdaşı ölüb.
Tacikistan Daxili İşlər Nazirliyindən bildirilib ki, əməliyyat nəticəsində silahlı qruplaşmanın 4 avtomobili də məhv edilib