“Əsli-Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri
Baltik dənizində Litva ilə Latviya arasında optik kabel zədələnib
Kolumbiya Prezidenti ABŞ-a cavab verib: Məni tutsanız, xalqın qəzəbi ilə üzləşəcəksiniz
İsrail ordusu: Livanın cənubunda iki Hizbullah üzvü zərərsizləşdirilib
28 Noyabr 2019 11:48
1 379
ABŞ-ın xam neft ehtiyatları artıb.
Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 1,6 milyon barrel (0,3 faiz) çoxalaraq 452 milyon barrel olub. Bazar proqnozları isə ehtiyatların 0,4 milyon barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 1,4 milyon barrel artmışdı.
ABŞ-ın strateji neft ehtiyatları isə 1,4 milyon barrel (0,2 faiz) azalaraq 636,2 milyon barrel olub.
Ölkənin benzin ehtiyatları hesabat həftəsində 5,1 milyon barrel (2,3 faiz) artaraq 226 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların 1,2 milyon barrel çoxalacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 1,8 milyon barrel artmışdı.