Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
28 Noyabr 2019 12:22
1 617
Mən komandanın parçalanma təhlükəsini görürdüm.
Bunu Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvili “İmedi” televiziyasına müsahibəsində deyib. O, partiyadan deputatların uzaqlaşmasının, eləcə də 2020-ci il parlament seçkisinin proporsional sistemlə keçirilməsiylə bağlı verilən vədin icra edilməməsinin partiyaya ziyan vurduğunu bildirib:
“Mən komandanın parçalanma təhdidini gördüm. Edə biləcəyim ilk iş parlamentdəki səsverməyə qədər çoxluğun iclasını keçirmək idi. Bizim əminliyimiz yox idi, amma ümid edirdik ki, proporsional sistemlə bağlı layihə parlamentdən keçəcək. Bu fonda biz səsverməyə izn verdik. Belə ki, majoritar sistemlə seçilən deputatların partiya qarşısında məsuliyyəti yoxdur. Olan oldu.
Bizə ziyan dəydi. Komandaya təkcə öz verdiyi vədini icra edə bilmədiyi üçün yox, eləcə də çoxlu sayda dəyərli üzvünü itirdiyi üçün zərər dəydi. Əgər situasiyanı ümumi olaraq dəyərləndirsək, dramatik heç nə baş verməyib. Baş verənləri komanda üzvləri fərqli və emosional qəbul edir. Biz gənc partiyayıq və bəlkə bu şeylər vaxtından əvvəl baş verib, amma ölkələrin inkişafına nəzər yetirsəniz görərsiniz ki, dünyada vədlərini tam icra edən heç bir partiya yoxdur. Dramatik heç nə baş verməyib”.
Qeyd edək ki, Gürcü Arzusu parlament seçkisinin proporsional sistemə keçməsi ilə bağlı vədini yerinə yetirməyib. Buna etiraz olaraq Tiflisdə müxalifətin ardıcıl aksiyaları keçirilir, Gürcü Arzusunu isə 9 deputat bu səbəbdən tərk edib.