Rusiya İran-ABŞ “savaşına” niyə səssiz qalır? – Şok detallar Dünya

Rusiya İran-ABŞ “savaşına” niyə səssiz qalır? – Şok detallar

İran və ABŞ arasında hazırkı konflikt Rusiyaya Suriyada təsirini gücləndirmək imkanı verir.
Bu iddia ilə “Die Velt” qəzeti çıxış edib.
“Rəsmi Kreml İran generalı Qasım Süleymaninin qətlini qınadı, amma əslində Vaşinqton-Tehran konflikti Moskva üçün Yaxın Şərqdə strateji hədəflərini reallaşdırmaq üçün şansdır. Məhz buna görə Rusiya bəyanatlarla məhdudlaşır. Belə ki, ortamüddətli perspektivdə İranın zəiflədilməsi Rusiya üçün faydalıdır. Əgər İran təzyiq altında qalsa, Moskva Dəməşqdə təsirini genişləndirməsi üçün imkanlardan istifadə edə bilər.
Moskva Suriyada demərkəzləşmiş dövlət modelinin yaradılmasına təkid edir və bununla Suriya ordusundakı reformasiyanı nəzarətdə saxlamaq istəyir. Tehran isə şiə briqadalarının Əsəd ordusuna inteqrasiyasına və hökumət sisteminin yaradılmasına yatırım edir. Bununla Tehran ipləri əlində tutmağa çalışır. Bu isə Moskvanın regiondakı maraqlarına mənfi təsir göstərir.
Moskva çalışır ki, status-kvonun saxlanılmasına yatırım etsin və əsas oyunçular – İran, İsrail, Türkiyə və Səudiyyə Ərəbistanı arasında balans yaratsın. Kreml ümid edir ki, Süleymaninin qətli Əsədin İran asılılığından azad olmağına, riskləri dəyərləndirməyinə, öz xarici siyasətini diversifikasiya etməyinə, Rusiyaya böyük yatırım etməyinə və vasitəçilərinin köməyi ilə ərəb qonşularıyla yaxınlaşmağına səbəb olacaq. Bu, Moskva üçün ideal ssenari olardı”, – məqalədə bildirilib.