Rusiya İranı çətiri altına alır: Komandoslarını göndərdi Dünya

Rusiya İranı çətiri altına alır: Komandoslarını göndərdi

Rusiya 80 xüsusi təyinatlısını İrana göndərib.
Bu məlumatı Çinin “Sohu” portalı yayıb. Sayt Moskvanın bu addımla İranı ABŞ hücumlarından qorumaq niyyətində olduğunu vurğulayıb:
“Əgər amerikalılar İranın vacib obyektlərində rusların olduğunu bilsələr, onlar zərbə endirməkdən imtina edəcəklər. Onlar, həmçinin, əsas obyektlərin müdafiəsi üçün İranın elit qüvvələriylə çalışırlar və onlara ABŞ-ın hücumları zamanı itkilərdən qaçmaq yollarını öyrədirlər”.
Sayt Rusiyanın İrana həm də raket üzrə 20 mütəxəssis göndərdiyini yazıb.