“Paşinyan dövlət sistemində xarici orqandır” Dünya

“Paşinyan dövlət sistemində xarici orqandır”

“Nikol Paşinyan dövlət sistemində xarici orqandır”.
Bunu Ermənistanın “Vətəndaş şüuru” ictimai təşkilatının rəhbəri Narek Samsonyan deyib.
O qeyd edib ki, güc strukturu məntiqi və Paşinyanın şəxsiyyəti bir-biri ilə ziddiyyət təşkil edir.
Samsonyanın sözlərinə görə, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini müvəqqəti icra edən şəxsdən fərqli olaraq Artur Vanetsyan (Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru - red.) siyasi perspektivə sahibdir.
“MTX rəisi əks heç nə edə bilməz. “Biz xainlərdən təmizlənəcəyik” nə deməkdir? Xüsusilə rütbə daşıyan insanlar üçün xain sözü ağır çəkili əhəmiyyəti olan sözdür, mülki şəxslər üçün isə şərəf gətirməyən sözdür”, - deyə Samsonyan qeyd edib.
O əlavə edib ki, MTX direktoru vəzifəsini müvəqqəti icra edən şəxs belə bir şey deyibsə və həqiqətən də içərilərində xainlərin olduğunu düşünürsə, onda MTX-ni dərhal ləğv etmək lazımdır.
Samsonyanın sözlərinə görə, MTX elə bir strukturdur ki, orada xainlərin olması istisna edilməlidir.
“Niyə Nikol Paşinyan bu günə qədər MTX direktoru və polis rəisi təyin etmir? Bu anlaşılmaz vəziyyətdir”, - deyə o bildirib.