BAEA İranldakı obyektlərin yoxlaması ilə bağlı yaxın günlərdə razılıq əldə edə bilər
Ərdoğan əs-Sudani ilə terrorla mübarizədə əməkdaşlığı müzakirə edib
Baş Qərargah rəisi: İsrail ordusu Qəzzanı tərksilah etmək niyyətindən imtina etməyib
Türkiyə XİN Avropa Parlamentinin qəbul etdiyi qərarlara münasibət bildirib
İran-ABŞ danışıqlarının ikinci mərhələsinin gələn həftə keçirilməsi gözlənilir
12 Mart 2020 11:43
1 652
İraqda Amerika hərbi bazasının hücuma məruz qalmasından sonra ABŞ liderliyindəki anti-İŞİD koalisiyasının döyüş qırıcıları Suriyada İran Silahlı Qüvvələrinə məxsus (SEPAH) 3 hərbi obyekti vurub.
Teleqraf.com xəbər verir ki, koalisiya qüvvələrinin döyüş təyyarələri Bukamal bölgəsində yerləşən İmam Əli hərbi hava bazası, Sənayi və Hizamdakı hərbi nöqtələrini hədəf alıb.
Hücumlarda İran ordusunun xeyli hərbi texnika və canlı qüvvə itirdiyi bildirilib.
Qeyd edək ki, anti-İŞİD koalisiyasının sözçüsü Milz Kaggins koalisiyanın İraqdakı Taci düşərgəsinin raketlə vurulduğunu açıqlamışdı. ABŞ mediası hücumda 2 Amerika, 1 ingilis hərbçisinin həlak olduğunu yazmış, baş verənlərə görə İran ittiham edilmişdi.