Korona ABŞ-a “meydan oxuyur”: kəskin artım... Dünya

Korona ABŞ-a “meydan oxuyur”: kəskin artım...

Koronavirus pandemiyasının dünya üzrə son statistikası açıqlanıb.
Ən son məlumata görə, dünyada koronavirusa 678.905 nəfər yoluxub. Onlardan 31.767 nəfəri dünyasını dəyişib, 146.319 nəfər sağalıb.
ABŞ-da yoluxma sayı 123.781-ə çatıb. Yoluxanlardan 2.229 nəfər dünyasını dəyişib.
İtaliyada 92.472 nəfər yoluxub ki, onlardan 10.023 nəfər vəfat edib.
Çində 81.439, İspaniyada 78.797, Almaniyada 58.247, Fransada 37.575, İranda 38.309 yoluxma var.
İspaniyada bu gün 546 (ümumi 6.528) ölüm faktı qeydə alınıb.
Çində bu gün bu virusdan cəmi 5 nəfər, İranda isə 123 nəfər (ümumi 2.640) ölüb.