 
                
                
                
             
                
                
                
            Tokayev noyabrın 12-də Rusiyaya səfərinin məqsədini açıqlayıb
İsrail səfiri: Azərbaycan və region "Tramp marşrutu"ndan möhtəşəm şəkildə faydalanacaq
Mərkəzi Bank "Monetri" BOKT-u və onun vəzifəli şəxsini cərimələyib
"İmişli" klubunun texniki məğlubiyyətlə bağlı şikayəti qəbul edilməyib
Sahibə Qafarova COP30-da iştirak üçün Braziliyaya səfər edəcək
 24 Aprel  2020 13:22
24 Aprel  2020 13:22 1 351
1 351
Yaxın Şərq regionunda Qərbin və ABŞ-ın maraqları Rusiya, Türkiyə və İranın maraqları ilə uzlaşmır. Buna görə də burada tam bir sabitlik əldə etmək mümkün deyil.
Bu sözləri açıqlamasında siyasi ekspert Vüqar Zifəroğlu Rusiya, Türkiyə və İran xarici işlər nazirləri arasında “Astana” formatında keçirilən görüş barədə danışarkən deyib.
O vurğulayıb ki, Yaxın Şərq regionunda, xüsusilə də Suriyada son günlər gərginlik yenidən artmağa başlayıb:“Rusiya, Türkiyə və İran xarici işlər nazirləri arasında keçirilən “Astana” formatında görüş regionun gələcəyi üçün olduqca önəmli idi. Çünki bu formatın müzakirə edə biləcəyi bir çox mövzu var. Düzdür, görüşün əsas məqsədi koronavirus pandemiyası və onun regiona təsiri idi. Bundan əlavə, regionun təhlükəsizliyi məsələsi də tərəflərin əsas müzakirə mövzusu oldu. Xüsusilə son günlər Liviyada və Suriyada baş verən gərginliklər bu üçlüyün görüşünü daha da önəmli edirdi”.
Ekspertin sözlərinə görə, görüşdən sonra tərəflər regionda sabitliyin qorunması üçün səylərin artırılmasının vacib olduğunu vurğuladılar:“Bununla belə, görüşdən sonrakı siyasi prosesləri izləmək lazımdır. Çünki bundan öncə də bənzər görüşlər keçirilib və regionda sabitliklə bağlı tam razılıq əldə edilməyib. Düzdür, bundan öncə razılaşmalar əldə olunsa da, bəziləri sadəcə kağız üzərində qalıb. Regionda bu gün tam mənasında sabitlik yoxdur. Maraqlı məqam isə müəyyən bir sabitliyə nail olduqda yenidən vəziyyətin gərginləşməsidir. Bu isə bir daha regionda müxtəlif güclərin maraqlarının toqquşduğuna dəlalət edir”.
 
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    