Ərdoğan: "Ankara ABŞ və İran arasında danışıqları bərpa etməyə çalışır"
Ərdoğan: Türkiyə Səudiyyə Ərəbistanı və Pakistana hərbi dəstək göstərə bilər
AYİB: Azərbaycan sənaye zonalarının ekosistemə çevrilməsi istiqamətində mühüm mərhələyə qədəm qoyub
Qəzzada hərbi insident: İsrail PUA-sı öz mövqeləri yaxınlığında partladı
27 İyun 2020 16:23
5 558
Almaniya Avropa İttifaqına (Aİ) sədrlik edəcəyi dövrdə nəhəng geosiyasi oyunçulara münasibətdə vahid mövqe formalaşdırmağa çalışacaq.
Almaniya hökumətinin saytı xəbər verir ki, bunu kansler Angela Merkel deyib. “Hədəfimiz Avropa İttifaqının strateji tərəfdaşları - Türkiyə, ABŞ, Çin və Rusiya ilə əlaqələr quraraq vahid və yekdil mövqe tutmasıdır”, - deyə Almaniya kansleri bildirib.
Angela Merkelin sözlərinə görə, Avropa İttifaqına üzv 27 ölkənin hamısının marağına eyni vaxtda cavab vermək asan deyil və o, qurumu müasir dünya şəraitində daha effektiv etmək istəyir. Kansler bunun Avropa dəyərlərini və maraqlarını qorumaq üçün vacib olduğunu vurğulayıb.
Almaniya iyulun 1-dən dekabrın 31-dək Aİ-yə sədrlik edəcək.
Bir müddət öncə Almaniya lideri ölkəsinin Avropa İttifaqına sədrliyi dövründə iqlimin qorunması, Avropanın səhiyyə sisteminin gücləndirilməsi və rəqəmsallaşma məsələlərinə xüsusi diqqət yetirəcəyini demişdi.