XİN: "Rus Evi"nin bağlanması ilə bağlı Rusiyadan Azərbaycana ləğvedicilər gəlib
Nazir: Hərbi təlimlərin Azərbaycanda keçirilməsi bütün TDT üzvlərinin maraqlarına uyğundur
XİN rəhbəri: Azərbaycan hər zaman milli maraqlarımıza uyğun addımlar atacaq
Bu gün Azərbaycanın 14 ölkənin enerji təhlükəsizliyində payı var
Nazir: Ermənistanla sülh sazişinin imzalanması üçün TRIPP üzrə öhdəliklərin tam icrası mütləqdir
28 Avqust 2020 14:17
1 841
İranda ötәn sutka әrzindә 112 nәfәrin koronavirusdan (COVID19) ölmәsi öz tәsdiqini tapıb.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, belәliklә İranda bu virusdan ölәnlәrin sayı 21 249 nәfәrә çatıb.
Sadat Lari әlavә edib ki, İranda ötәn 24 saat әrzindә daha 2 115 nәfәr koronavirusa yoluxub. Bununla da İranda bu virusa yoluxanların sayı 369 911 nәfәrә yüksәlib. Onlardan 3 811 nәfәrin vәziyyәti ağırdır.
Nazirlik rәsmisi İranda 318 270 nәfәrin koronavirusdan sağaldığını deyib. Sadat Lari bildirib ki, Tehran, Qum, Mazandaran, Şәrqi Azәrbaycan, İsfahan, Әlborz, Rәzәvi Xorasanı, Kirman, Zәncan, Şimali Xorasan, Simnan, Yәzd vә Gilan vilayәtlәri qırmızı zona hesab olunur.
İranda indiyәdәk 3,16 milyondan çox diaqnoz testi hәyata keçirilib.