Türkiyənin Van bölgəsində üç hərbçi şəhid olub Dünya

Türkiyənin Van bölgəsində üç hərbçi şəhid olub

Türkiyə təhlükəsizlik qüvvələrinin ölkədə keçirdiyi antiterror əməliyyatları zamanı Vanın Çatak rayonu ərazisində daxili qoşunların üç hərbçisi şəhid olub.

Məlumatı Türkiyə Daxili İşlər Nazirliyi yayıb. Bildirilir ki, şəhidlərdən biri zabit, ikisi isə sıravi əsgərdir.

Qeyd edək ki, bölgədə aviasiyanın dəstəyi ilə keçirilən “İldırım-10 Norduz” antiterror əməliyyatının ardından terrorçularla hərbçilər arasında atışma olub. Nəticədə üç terrorçu zərərsizləşdirilib. Əməliyyat davam etdirilir.