Saakaşviliyə Ukraynada yüksək vəzifə təklif olunub Dünya

Saakaşviliyə Ukraynada yüksək vəzifə təklif olunub

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşviliyə Ukraynada yüksək vəzifə təklif olunub.
APA-nın məlumatına görə, bunu M.Saakaşvilinin özü "Rustavi 2" telekanalının canlı yayımında deyib.
Sabiq prezident bildirib ki, Ukraynada hakimiyyətə gələn müxalifət nümayəndələri ona yüksək dövlət postlarını təklif ediblər. "Lakin mənim planlarım başqadır. Mən onlara dedim ki, ürəyim burada olsa da, mövcudluğum Gürcüstana məxsusdur. Nə lazımdırsa, kömək edə bilərəm. Lakin onların edəcəyini biz edə bilmərik. Ukraynalılar tezliklə islahatlar həyata keçirməlidir", - deyə o vurğulayıb.
M.Saakaşvili Kiyevdəki hadisələr zamanı hər gün Ukrayna müxalifətinin liderləri ilə danışdığını da bildirib.
"Mixail Saakaşvili Gürcüstan vətəndaşıdır və o, vətəninə qayıda bilər". Bunu isə Vaşinqtonda Atlantika Şurasında çıxışı zamanı Gürcüstanın baş naziri İrakli Qaribaşvili deyib.
Jurnalistlərin suallarını cavablandıran İ.Qaribaşvili sabiq prezidentin Gürcüstana qayıtmasını əngəlləyə biləcək maneələrin olmadığını bildirib.
"Saakaşvili Gürcüstan vətəndaşıdır, ölkəsinə niyə də qayıtmasın? O, prezident seçkilərindən sonra ölkəni tərk edib. Mən sizə deyə bilmərəm ki, gürcü xalqı Saakaşvili üçün daxırır. Lakin onun vətənə dönüşünü əngəlləyən amillər də yoxdur", - deyə o vurğulayıb.