Dövlət Baxçəlidən Ərdoğana sərt ittiham Dünya

Dövlət Baxçəlidən Ərdoğana sərt ittiham

"Millətin gözünə baxa-baxa xəzinəni boşaldır"

Ərdoğan millətin gözünə baxa-baxa dövlət xəzinəsini boşaldır.
"Cumhuriyet" qəzetinin verdiyi xəbərə görə, bunu Türkiyənin müxalifət partiyası olan MHP-nin sədri Devlet Bahçeli fraksiya iclasında bildirib.
O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı tənqid atəşinə tutub: "Sizdən alınan vergilər Ərdoğanın lüksü, kefi və eqosuna sərf edilir. O, necə və hansı haqla milyonları öz kefi üçün xərcləyə bilər? Sanki, Türkiyənin kupçi kağızı Ərdoğanın üzərinə yazılıb. Sanki, Türkiyə onun mülkü və mirasıdır. O qaranlıq saray Ərdoğanın üzünü güldürməyəcək, gün gələcək, məzlumların fəryadı o sarayın damını uçuracaq."