Postanjiandan İrəvana xəbərdarlıq Dünya

Postanjiandan İrəvana xəbərdarlıq

"Ermənistan Dağlıq Qarabağın beynəlxalq səviyyədə tanınmasını qarşısına məqsəd qoyarsa..."

Ermənistanın müxalifətdə olan "İrs" fraksiyasından olan millət vəkili Zarui Postanjian parlamentə "Dağlıq Qarabağ və Ermənistan Respublikasının təhlükəsizliyinə əsas hərbi və siyasi müddəalarının konsepsiyası haqqında" qanun layihəsi təqdim edib.
Postanjian bu barədə belə deyib: "İrəvan Dağlıq Qarabağın beynəlxalq səviyyədə tanınmasını qarşısına məqsəd qoyarsa, ilk növbədə Ermənistan özü onun müstəqilliyini tanımağa vadar ediləcək".
Qeyd edək ki, parlament müxalifət partiyasının təşəbbüsünü dəstəkləmir.