Moldovada keçirilən Prezident seçkilərində Sandu 35,61 səslə liderlik edir Dünya

Moldovada keçirilən Prezident seçkilərində Sandu 35,61 səslə liderlik edir

Avropayönümlü müxalifət Fəaliyyət və Həmrəylik Partiyasının lideri Maia Sandu, Moldovadakı Prezident seçkilərinin ilk turunda səslərin 35,61 %-ni, hazırkı dövlət başçısı İqor Dodon isə 33,01%-ni qazanıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Bildirilib ki, protokolların 99,11% -i sayılıb.

Dnestryanı seçicilər prezident seçkilərində Dodonu dəstəkləyib. Moldova prezidentliyinə namizəd Sandu isə xaricdə 61,5 % səs toplayıb.

Seçici iştirakı tələb olunan 33.33% -dən çox olduğundan, MSK seçkiləri keçərli sayıb.

Namizədlərdən heç biri səslərin 50% -dən çoxunu yığa bilmədiyi üçün qalib noyabrın 15-də keçiriləcək ikinci turda müəyyənləşəcək.