Yerevanda polis hökumət binasını əhatəyə alıb Dünya

Yerevanda polis hökumət binasını əhatəyə alıb

Yerevanda polis və xüsusi təyinatlılar hökumət binasını əhatəyə alıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət tərəfdarları hökumətin iclasının qarşısını almaq məqsədilə Nazirlər Kabinetinə giriş-çıxışı bağlayacağını elan edib.

Bunun qarşısını almaq üçün binanın ətrafında polislər bir neçə sıradan ibarət mühafizə xətti yaradıb.

Eyni zamanda etirazçılar Nazirlər Kabinetinin ətrafına toplaşmağa başlayıb.

Qeyd edək ki, ötən gün Yerevanda minlərlə insan etiraz aksiyasına qatılmışdı.