Vüqar Rəhimzadə: Qayıdış ünvanlarının sayının artması Zəfər Gününün sevincinə sevinc qatır
Rəfsəncaninin qızına atasının ölümü ilə bağlı iddialarına görə məhkəmə işi açılıb
Azərbaycan və Qazaxıstan Ali məhkəmələri arasında memorandum imzalanıb
Azərbaycanın Omandakı səfirliyinin binasının rəsmi açılış mərasimi olub
Azərbaycanla Türkiyə arasında sığorta sektoru üzrə Anlaşma Memorandumu imzalanıb
18 Mart 2021 09:51
1 652
Tanzaniya Prezidenti Con Maqufuli vəfat edib.
APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə ölkənin vitse-prezidenti Sami Hassan Suluh dövlət televiziyasında bildirib.
62 yaşlı liderin ölüm səbəbləri barədə məlumat verilməyib.
Qeyd edək ki, bundan əvvəl Britaniya mediasında Tanzaniya müxalifətinin lideri Tundi Lisuya istinad edərək, martın 10-da Maqufulinin koronavirus və ürək problemləri səbəbi ilə Keniyada xəstəxanaya yerləşdirildiyi xəbəri dərc edilmişdi.
Keniyanın "The Nation" qəzeti isə “Afrika ölkələrinin liderlərindən biri"nin COVID-19 yoluxma diaqnozu ilə paytaxt Nairobidəki xəstəxanada tənəffüs aparatına bağlı olduğunu yazmışdı. Lakin nəşr onun adını açıqlamamışdı.