Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
16 Aprel 2021 09:28
3 010
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Türkiyəyə aviareysləri dayandırmasından sonra ukraynalıların Türkiyəyə turist axınını artırmağın lazım olduğunu bildirib.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, Zelenskinin sözlərinə görə, ötən şənbə günü Türkiyəyə reallaşdırdığı səfəri zamanı bu ölkənin prezidenti ilə qarşılıqlı turizm üçün əlverişli şərait yaradılması məsələsini müzakirə edib.
“Biz Türkiyə Prezidenti ilə ukraynalı və türk turistlər üçün xüsusi şərtləri müzakirə edirik. Ukraynalıların və Türkiyə vətəndaşlarının turizm səviyyəsini necə artıracağımızdan danışırıq. Xüsusilə indi bir-birimizə dəstək olmalıyıq. O bizi, müstəqilliyimizi və suverenliyimizi dəstəkləyir. Moskvanın Rusiyadan Türkiyəyə turizmi məhdudlaşdıracaqları ilə bağlı qərarlarını eşitmisiniz. Ancaq bu, onların şəxsi işidir. Mən isə düşünürəm ki, əksinə, Türkiyəni dəstəklədiyimizi göstərməliyik”, - deyə Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasının ardından videoşərhində vurğulayıb.
Qeyd edək ki, koronavirus infeksiyasının yayılması ilə mübarizə üzrə Rusiyanın operativ qərargahı Rusiya ilə Türkiyə arasında hava nəqliyyatının 15 aprel - 1 iyun tarixlərində məhdudlaşdırılması barədə qərar verib.
26 Sentyabr 12:57
798
26 Sentyabr 12:51
770
25 Sentyabr 17:59
1 001