Türkiyə lirəsinin manata qarşı məzənnəsi altıaylıq minimuma enib Dünya

Türkiyə lirəsinin manata qarşı məzənnəsi altıaylıq minimuma enib

Aprelin 26-da Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 0,2018 manat təşkil edib. Bu, 2021-ci ildə qeydə alınan ən aşağı göstəricidir.

"APA-Economics"in hesablamalarına görə, lirənin manata qarşı məzənnəsi bundan aşağı həddə sonuncu dəfə noyabrın 5-də olub – 0,2014 manat. Beləliklə, bugünkü məzənnə son 6 ayın ən aşağı səviyyəsinə enib.

Qeyd edək ki, cari ildə türk lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsinin ən yüksək göstəricisi fevralın 16-da qeydə alınmışdı – 0,2442 manat. Həmin tarixdən bəri lirə manata nisbətdə 17,4% ucuzlaşıb.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən, 1 manat 4,955 lirəyə bərabərdir.