Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
14 İyun 2021 08:47
3 332
Cənubi Koreyadan avtomobillərin ixracı ekoloji cəhətdən təmiz və yüksək keçidli avtomobillərinə tələbatın artması fonunda 58 faiz çoxalıb.
Trend-in Yonhap-a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Ticarət, Sənaye və Enerji Nazirliyinin hesabatında deyilir.
Məlumata əsasən, may ayında nəqliyyat vasitələrinin tədarükü 150.894 ədədə çatıb ki, bu da maddi ekvivalentdə 3.49 milyard dollara təşkil edir.
Bildirilir ki, Cənubi Koreyanın avtomobil ixracatı COVID-19 pandemiyası səbəbiylə ötən ilin eyni müddətində təxminən 60 faiz düşmüşdür.
Avtomobil istehsalında ölkə lideri olan "Hyundai" şirkətinin ixracatı 73,8 faiz artaraq 64,793 ədədə, "Kia" istehsalçısının ixracatı 70,8 faiz artaraq 64,700 ədədə çatıb.
Digər ölkələrə ixracata görə Şimali Amerikaya avtomobillərin tədarükünə gəldikdə Amerikaya ixracat 70,1 faiz artaraq maddi ekvivalentdə 1,42 milyard dollara, Avropa Birliyinə isə 84 faiz artaraq 664 milyon dollara yüksəlib.
Ölkədə istehsal olunan avtomobillərin sayı may ayında 256,272 ədəd olub ki, bu da ötən ilin eyni müddətin göstəricisindən 10,9 faiz çoxdur.