DMX rəisi: Azərbaycan 17 dövlətin vətəndaşları üçün vizasız giriş imkanı yaradır
İran Hörmüz boğazının birgə idarə olunması ilə bağlı Omanın təklifini rədd edib
“SİMA İmza”nın üztanıma həlli kirayə mənzil seçimində tətbiq olunacaq
Xocavəndin Güneyxırman və Quzeyxırman kəndlərində bərpa və təmir işləri mərhələli şəkildə davam edir
24 İyun 2021 09:20
4 536
Çin şirkətlərinin "Bir kəmər - Bir yol" təşəbbüsünə qatılan ölkələrin iqtisadiyyatına birbaşa investisiyalarının həcmi 8 il ərzində 130 milyard dolları ötüb.
Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu Çinin xarici işlər naziri Vanq Yi deyib.
Onun sözlərinə görə, son 8 il ərzində "Bir kəmər - Bir yol" təşəbbüsü reallığa çevrilib, dünya ölkələrinə böyük imkanlar və bonuslar təmin edib:
"Çin ilə "Bir kəmər - Bir yol" təşəbbüsündə iştirak edən ölkələr arasındakı ümumi ticarət dövriyyəsi 9,2 trilyon dolları, Çin şirkətlərinin "Bir kəmər - Bir yol" layihəsi ölkələrinə birbaşa investisiyaları isə 130 milyard dolları keçib".
Nazir qeyd edib ki, 8 il ərzində təşəbbüs yüksək dayanıqlıq nümayiş etdirib və müsbət nəticələrə çatıb.