"Böyük Zəfər"in təsiri Kiprdə də əks olunub Dünya

"Böyük Zəfər"in təsiri Kiprdə də əks olunub

30 Avqust Zəfərinin 99-cu ildönümü Türkiyədə olduğu kimi KKTC-də də mərasimlərlə qeyd edilib.

Bayram tədbirləri çərçivəsində Dr. Fazıl Küçük Bulvarında mərasim təşkil edilib.

Mərasimdəki çıxışında Prezident Ersin Tatar, "Böyük Zəfər" in təsirinin Kiprdə də əks olunduğunu və Kipr Türk xalqının mübarizə illərində bu ilham və güclə yaşaya bildiyini söyləyib.

İki ayrı suveren və müstəqil dövlətin işbirliyi ilə Kiprdə bir razılaşmanın əldə oluna biləcəyini vurğulayan Prezident Tatar, "Türkiyə Cümhuriyyətinin dəstəyi ilə bunu bütün gücümüzlə elan etməyə davam edirik" deyib.

Prezident Ersin Tatar, Türk millətinin əsirliyi əsla qəbul etməyəcəyini, heç bir xarici gücün boyunduruğu altına girməyəcəyini, böyük fədakarlıq və cəsarətlə bütün dünyaya bağırdığını söyləyib.

Mustafa Kamal Atatürkün qəhrəman əsgərlərinin və qəhrəman ordusunun bütün dünyaya Türkiyə Cümhuriyyətinin böyüklüyünü və Türk millətinin qəhrəmanlığını fövqəladə bir müharibə, fövqəladə səy və cəsarətlə göstərdiyini ifadə edən Prezident Tatar, Türkiyə Cümhuriyyətinin də azlıqlar və məzlum xalqlar və millətlər üçün bir işıq olduğunu söyləyib.

Kiprdə özünü yaşatmağı bacardığını və İngilis müstəmləkəçilik dövründə təklikdə yaşamağa çalışan Kıbrıslı Türklərə ilham və güc mənbəyi olduğunu vurğulayıb.

Cavid