“İran vaxtında düzgün qərar verməsə, çoxşey itirəcək”-politoloq​ Dünya

“İran vaxtında düzgün qərar verməsə, çoxşey itirəcək”-politoloq​

“İran Prezidenti İbrahim Rəisi və ErmənistanınBaş naziri Nikol Paşinyan arasında görüşkeçirilib. Görüşün Tacikistanda keçirilməsi diqqət çəkən ilk məqamdır. Düzdür, NikolPaşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Şanxay Əməkdaşlıq Təşkilatının sessiyalarında iştirak etmək məqsədi ilə Düşənbə şəhərinə gələcəyi bəlli olsa da səfər çərçivəsində onun İran prezidenti ilə görüşməsi gözlənilmirdi”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. O, bildiirb ki, tərəflər baş verən son hadisələridə nəzərə alaraq belə bir yol seçiblər: “İndiki halda Rəisinin İrəvana getməsi və ya Paşinyanın Tehrana səfər etməsi rəsmi Bakının, eyni zamanda Ankaranın diqqətini çəkə bilərdi.

Mahiyyət etibarilə İran və Ermənistan dövlət başçılarının görüşməsi gözlənilirdi. Çünki İranregionda baş verən son proseslərdən ciddinarahatdır. Hadisələr rəsmi Tehranın lehinə cərəyan etmir.

Əvvəla ona görə ki, Azərbaycan-Ermənistan dövlət sərhəddində, o cümlədən Gorus-Qafanavtomobil yolunda rəsmi Bakı Sərhəd Xidmətinin bölmələri yerləşdirilib. Azərbaycanın birdən-birə belə bir radikal qərar verməsi Ermənistandan çox İrana zərər verib. Çünki rəsmi Bakının Gorus-Qafan avtomobilyoluna nəzarət etməsi iranlı TIR sürücülərinin yoldan istifadə edə bilməməsinə səbəb olub.Başqa bir məsələ də sürücülərin pulu olmadığı üçün onların Azərbaycan gömrüyünə ödəniş edib, yoldan istifadə edə bilməməsidir. Hətta məsələ ilə bağlı erməni mətbuatı Qubadlı yaxınlığında dayandırılan İran yükavtomobillərindən yoldan istifadə üçün 100 dollardan 300 dollara qədər ödəniş tələb edildiyini yazıb.

Bu məlumatın şişirdildiyi bariz şəkildə görünsə də nəticə etibarilə Tehranın edə biləcəyi heçnə yoxdur. Çünki son günlər sosial şəbəkələrdə İran TIR-larının Laçın dəhlizindən istifadə edərək Xankəndiyə qeyri-qanuni səfərlər təşkil etməsi İranı çıxılmaz vəziyyətə salıb. Bu və digər məsələləri də nəzərə alsaq, deyə bilərik ki, İran mövcud vəziyyətdən çıxış yolları axtarır. Düşünürəm, indiki halda İbrahim Rəisi və NikolPaşinyan arasında keçirilən görüşdə əsasən buməsələlər müzakirə edilib.

İran mövcud vəziyyətdən həm narahatdır, həm də ehtiyat edir. Qəribə səslənsə də bu belədir. Çünki rəsmi Tehran həm 27 ildir qanunsuzşəkildə mallarını satdığı bazarını itirmək, həm də bu bazarda əldə etdiyindən qatbaqat çox gəlir əldə etdiyi Azərbaycan kimi bir partnyorunuitirmək təhlükəsi ilə üz-üzədir.

İstənilən halda İran Qarabağda öz mallarını satmaq istəyirsə, rəsmi Bakı ilə uzlaşmağaməcburdur. Mahiyyət etibarilə Azərbaycanın tələbi də məhz budur.

Bakı İrana məxsus TIR-ların Qarabağa səfər etməsinə yox, bu səfərlərin ondan xəbərsiz qeyri-qanuni edilməsinə etiraz edir. Azərbaycanın İrandan tələbi Astara və Biləsuvar sərhəd gömrük məntəqəsində hansı qayda qanunlara riayət edirsə, eyni ilə Qarabağda buna riayət etməsidir. Əks haldaAzərbaycanla münasibətlər pisləşəcək. Buİranın Azərbaycan üzərindən Avropa bazalarına neft və qaz satışına da problem yarada bilər”.

Əli