Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
21 Sentyabr 2021 18:23
3 654
Bu gün Ukrayna Dialoq və Kommunikasiya Mərkəzinin ofisində Ukrayna Azərbaycanlıları Radasının baş katibi ilə Ukrayna-Ərəb iş adamları Şurasının prezidenti, Ukrayna Dialoq və Kommunikasiya Mərkəzinin rəhbəri Şeyx İmad Abu Alrub arasında görüş olub.
«Ukrayna Azərbaycanlıları Radası Ukraynada fəaliyyət göstərən ən təşkilatlanmış və güclü diaspor təşkilatlarindan biridir. Bu bizi sevindirir. Sizinlə hər sahədə əməkdaşliq eləməyə hazırıq» deyən mərkəz rəhbəri fəaliyyətləri haqqinda geniş məlumat verib.
UAR-dan "Xalq Cəbhəsi"nə verilən məlumata görə, diasporlararası əlaqələrin gücləndirilməsində maraqlı olduqlarını bildirən UAR baş katibi bildirib ki ümumi dəyərlər ətrafinda birləşməyi bacarmaq lazimdır. «Münasibətlər ya maraqlar və ya dəyərlər üzərindən qurulur. Biz imkan verməməliyik ki bizim maraqlarimiz bizim dəyərlərimizi üstələsin. Dəyərlərimizə dəstək üçün münasibətlərimizi inkişaf etdirməliyik» deyən Məmmədov qonaqpərvərliyə görə Şeyx İmad Abu Alruba təşəkkür edib.
Sentyabrın 27-dən başlanan və Azərbaycanın möhtəşəm zəfəri ilə bitən ikinci Qarabağ müharibəsi haqqında Şeyxə məlumat verən UAR baş katibi erməni vandalizmindən bəhs edib: «İşğalçı Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən şəhərləri, kəndləri, maddi-mədəniyyət nümunələrini, o cümlədən ortaq dəyərlərimiz olan tarixi-dini abidələri, məscidlərimizi məhv etmişdir. Dəyərlərimizə qarşı işlənən və beynəlxalq sənədlərdə bəşəri cinayət kimi qiymətləndirilən bu əməllər layiqli tarixi qiymətini alacaqdır. Artıq torpaqlarımız işğaldan azad edilib və quruculuq işləri sürətlə davam edir.»
Görüşdə qarşılıqlı əlaqələrin gücləndirilməsi qərara alınıb.
Cavid

