Azərbaycan UNESCO-nun 15 dekabrı “Dünya Türk Dilləri Ailəsi Günü” elan etməsini alqışlayıb
Kolumbiyada polis şöbəsi yaxınlığında maşın partlayıb, iki nəfər ölüb
Azərbaycan nümayəndə heyətinin Rumıniya Senatında görüşü keçirilib
“Kaan” döyüş təyyarəsi Türkiyə ordusunun inventarına daxil ediləcək
Finlandiya Prezidenti Putin-Tramp görüşünü G20-də keçirməyi təklif edib
1 Oktyabr 2021 12:44
5 299
“Gürcüstan sabiq prezidenti Mixail Saakaşvili ölkəsinə qayıdıb. Qeyd edim ki, Gürcüstanda keçiriləcək seçkilərdə partiyasını qələbəyə aparması gözlənilir. Amma, bu hakim "Gürcü Arzuusu" partiyası ilə qarşıdurmaya səbəb ola bilər”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O, diqqətə çatdırıb ki, Gürcüstanda siyasi-iqtisadi və sosial vəziyyət çətinləşir: “Ölkədə demokratiya keçmişdə qalıb, kirminogen vəziyyət getdikcə ağırlaşdır. Həmçinin hakimiyyətin Qərblə sıx siyasi inteqrasiya qurmaması, Moskva ilə şübhəli əlaqələri Qərbin bu ölkədə Sakaşviliyə dəstək verməsini labüd edib.
Qərb tərəfindən Sakaşviliyə dəstək verildiyinə görə, o, Gürcüstana qayıdıb. Onun həbsi isə, hakimiyyətə qarşı Qərbin təzyiqlərini artıra bilər. Həmçinin ölkədə seçki dönəmində etirazlara gətirib çıxara bilər. Təbii ki, Saakaşvilinin növbəti dəfə hakimiyyətə gələrsə, Gürcüstanda Qərbin mövqeləri güclənəcək və ölkə NATO-ya üzv ola bilər. Ölkədə demokratik seçkilər keçiriləcəksə, müxalifətin qalib gəlməsi mümkündür”.
Əli