Kabil yaxınlığında İŞİD qruplaşmasının bütün üzvləri öldürülüb Dünya

Kabil yaxınlığında İŞİD qruplaşmasının bütün üzvləri öldürülüb

Əfqanıstan müvəqqəti hökumətinin mədəniyyət və informasiya nazirinin müavini Zabiullah Mücahid, “Taliban”ın Kabil rayonlarından birində keçirdiyi əməliyyat zamanı İŞİD-in birt qrupunu məhv etdiyini söyləyib.
“Xaql Cəbhəsi” xarici mətbuata istinadən xəbər verir ki, Mücahidin sözlərinə görə, dünən gecə İslam Əmirliyinin xüsusi dəstəsinin döyüşçüləri Kabilin 17 -ci rayonunda İŞİD yaraqlılarına qarşı əməliyyat keçirib: “Qəti və uğurlu əməliyyat nəticəsində İŞİD -in sığınacağı tamamilə məhv edilib, İŞİD qruplaşmasının bütün üzvləri öldürülüb”.

Cavid