Ermənistan "Fars körfəzi - Qara dəniz" dəhlizini gözləyir Dünya

Ermənistan "Fars körfəzi - Qara dəniz" dəhlizini gözləyir

İrəvan yaxın vaxtlarda Tehranla "Fars körfəzi - Qara dəniz" nəqliyyat dəhlizinin yaradılması ilə bağlı müqavilə imzalayacağını gözləyir. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan çərşənbə günü İrəvanda hindistanlı həmkarı Subramaniam Jaishankar ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
Mirzoyanın qeyd etdiyi kimi, bu məsələ bir gün əvvəl İran tərəfi ilə müzakirə edilib.
Ötən gün İrəvanda "Fars körfəzi - Qara dəniz" nəqliyyat dəhlizinin layihəsini müzakirə etmək üçün işçi qrupunun iclası keçirilib. İclasda Ermənistan, Bolqarıstan, Gürcüstan, Yunanıstan rəsmi olaraq iştirak edib. Ermənistan paytaxtında keçirilən görüşdə iştirakçı ölkələr sazişin layihə variantını hazırlayıblar.

Cavid