Spiker ABŞ konqresmenlərinə müraciət edib - Bizi hədələməyin Dünya

Spiker ABŞ konqresmenlərinə müraciət edib - Bizi hədələməyin

Dövlət Dumasının spikeri Vyaçeslav Volodin ABŞ konqresmenlərinə müraciət edərək, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında qlobal təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələrin başlanmasına dair razılaşmaları müzakirə edib həyata keçirməyə, kobud olmamağa və onlara qarşı sanksiyalarla hədə-qorxu gəlməməyə çağırıb.
"Mən konqresmenlərə müraciət etmək istərdim. Ölkələrimizin prezidentləri qlobal təhlükəsizlik məsələləri ilə bağlı məsləhətləşmələrə başlamaq barədə razılığa gəliblər. Bu baxımdan dövlət başçılarının razılaşmalarını müzakirə edib həyata keçirmək lazımdır, kobudluq, hədə-qorxu gəlmək və qorxutmaq olmaz. ", - Volodin Telegram kanalında yazıb.
Cavid