XİN rəhbəri: Çin güc tətbiqinə və ölkələrin suverenliyinə müdaxiləyə qarşıdır
Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb
Zelenski bu həftə Avropa və ABŞ tərəfdaşları ilə danışıqlar aparacaq
2025-ci ildə Azərbaycan neftinin orta ixrac qiyməti 71 dollardan yüksək olub
Rəsmi Tehran: Ordu İranın ərazi bütövlüyünü qətiyyətlə qoruyacaq
1 Fevral 2022 08:43
2 492
Haitidə leysan yağışlar səbəbiylə çayların daşması nəticəsində minlərlə ev su altında qalıb və təxminən 2500 ailə evlərini tərk edib. Xilasetmə qrupları yüksək riskli zonalarda insanları təxliyə etməyə başlayıb.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, təxminən 36 saat davam edən yağışlar nəticəsində, əsasən ölkənin şimalında yerləşən Kap-Haitien şəhərinin tarixi mərkəzini su basıb, güclü külək ağacları aşırıb.
Yerli xilasetmə qurumları daşqın təhlükəsi olan və güclü külək müşahidə olan ərazilərdə sakinlərin özlərini qorumaq üçün lazımi ehtiyat tədbirləri görməli olduqlarını bildiriblər.
Qeyd edək ki, Karib hövzəsində yerləşən Haiti təbii fəlakətlərdən ardıcıl olaraq əziyyət çəkir. Bu zaman əsasən yoxsul və sıx məskunlaşmış əhali ziyan görür. 2010-cu ildə baş verən güclü zəlzələdə təxminən 300 000 adam, keçən il isə ölkənin cənubunda baş verən zəlzələdə daha 2 000 insan həlak olmuşdu.