Stoltenberq Lavrova məktub göndərib Dünya

Stoltenberq Lavrova məktub göndərib

NATO Baş katibi Yens Stoltenberq Rusiya xarici işlər naziri Sergey Lavrovun məktubuna cavab verib.
APA-nın xəbərinə görə, bu barədə Yens Stoltenberq Britaniya Baş naziri Boris Consonla keçirdiyi mətbuat konfransında deyib.
"Bu gün səhər mən xarici işlər naziri Lavrova məktub göndərmişəm. NATO-Rusiya Şurasıın görüşləri çərçivəsində dialoqumuzu davam etdirmək üçün Rusiyaya göndərdiyim dəvətimi bir daha təkrarlayıram", o deyib.
Baş katib bildirib ki, bu dialoq diplomatik yol tapmaq üçün vacibdir.
"Biz Rusiyanın narahatlığını dinləməyə və hamımızın imzaladığımız Avropa təhlükəsizliyinin əsas prinsiplərini dəstəkləmək və gücləndirmək yollarını müzakirə etməyə hazırıq", NATO Baş katibi vurğulayıb.
Baş katib Stoltenberq deyib ki, alyans təlimlər və nüvə siyasəti ilə bağlı qarşılıqlı brifinqlərin keçirilməsini, hərbi fəaliyyətlərdə şəffaflığın artırılması və risklərin azaldılması yollarının müzakirəsini, kosmos və kiber təhlükələri azaldılmasını və silahlara nəzarətlə bağlı ciddi müzakirələrin aparılmasını təklif edib.
"Lakin NATO əsas prinsiplərində güzəştə getməyəcək. Bura gər bir xalqın öz yolunu seçmək hüququ və NATO-nun bütün müttəfiqləri qorumaq və müdafiə etmək öhdəliyi daxildir".