İtaliya uşaqların COVİD-ə qarşı 3-cü doza peyvənd ilə vaksinasiyasına ehtiyac olmadığını bildirib Dünya

İtaliya uşaqların COVİD-ə qarşı 3-cü doza peyvənd ilə vaksinasiyasına ehtiyac olmadığını bildirib

İtaliyada uşaqlara koronavirus peyvəndinin üçüncü dozasının verilməsi üçün hələlik heç bir göstəriş yoxdur.

Bunu Avropa Dərman Agentliyinin (EMA) keçmiş direktoru Guido Razi Repubblica qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, birinci və ikinci dozalarla peyvəndin əhatəsini genişləndirmək lazımdır, çünki uşaqlar üçün həqiqətən heç bir əks göstəriş yoxdur və peyvəndlə bağlı risk sıfıra bərabərdir.

"Eyni zamanda, bütün sakinlər üçün dördüncü dozanın tətbiqi haqqında düşünməyə ehtiyac yoxdur, çünki ümumilikdə vəziyyət əlverişli olaraq qalır. Bununla belə, onkoloji xəstələkilər, dializ, immun sistem pozğunluqları immunitet reaksiyasını poza bilər. Bu halda, zərurət yaranarsa, dördüncü, hətta beşinci və ya daha çox dozanı nəzərdən keçirmək düzgün olardı", - mütəxəssis bildirib.