Erməni vəhşilikləri Hadisə

Erməni vəhşilikləri

Erməni tarixçisi A.Lalayan: "Daşnak dəstələrinin tutduqları türk kəndləri canlı insanlardan təmizlənib, eybəcər hala salınmış qurbanları ilə birlikdə xarabalığa çevrilib"
Daşnak Vahram öz "qoçaqlığı" haqqında belə danışır: "Mən Basarkeçərdə heç nəyi nəzərə almadan türk əhalisini qırdım. Ancaq bəzən gülləyə heyfim gəlirdi"

I yazı

Hər il 31 Mart - Dünya Azərbaycanlılarının Soyqırımı gününün qeyd edilməsi xalqımızın başına gələn faciələr barədə dünya ictimaiyyətinin aydın təsəvvürünün yaranmasına kömək edir. Xalqımıza qarşı törədilən soyqırımlar XX yüzilin əvvəllərindən başlayaraq daha da artmağa başladı.
Ermənilərin dəhşətli qətllər törətdikləri tarixi türk məskənlərindən biri də hazırda "Ermənistan" adlandırılan ərazidir. Bu ərazilərdə ermənilər dəfələrlə soydaşlarımıza qarşı soyqırım törədiblər. Ermənilər ötən yüzillər ərzində yalançı arxivlər yaradaraq guya əzaba məruz qalmış xalq obrazını formalaşdırmağa çalışdılar. Hər halda XIX yüzil və ondan əvvəlki dövrlərdə başımıza gələn soyqırımlar barədə kifayət qədər dəqiq faktlar bu gün əlimizdə olmasa da, XX yüzilin əvvəllərindən başlayaraq, xüsusilə də Azərbaycan Demokratik Cümhuriyyəti dövründə yaradılmış Xüsusi Təhqiqat Komissiyasının araşdırmalarına əsasən toplanılan faktlar əsasında o dövrdə soydaşlarımızın başına gətirilən faciələrlə bağlı kifayət qədər bilgi almaq olur.
Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra ermənilər müxtəlif mərhələlərdə Azərbaycan türklərinin yaşadığı tarixi ərazilərin - kəndlərin, qəsəbələrin, dağların, göllərin və s. adını tamamilə erməniləşdirib, hətta türkə aid olan bütün tarixi abidələrin ermənilərə məxsus olmasını iddia ediblər. XIX yüzilliyin axırı və XX yüzillik qərbi azərbaycanlıların həyatında ən dəhşətli işgəncələr, qırğınlar, qaçqınlıq, soyqırımı, mənəvi genosid dövrü olub. İndiki Ermənistanda XIX yüzilin axırlarında kifayət qədər Azərbaycan türkünün yaşaması haqqında faktlar mövcuddur.
Tanınmış tarixçi İsrafil Məmmədovun araşdırmalarına əsasən 1889-cu ildə Zəngəzur qəzasının azərbaycanlı (türk) əhalisi ermənilərdən çox olub. 1897-ci ildə Zəngəzurun əhalisi 142 min nəfər olub ki, onlardan 71,2 mini (50,1 faiz) Azərbaycan türkü, 63,6 min nəfəri isə (44,4 faiz) erməni idi. İrəvan quberniyasının 1920-ci ilə qədər Azərbaycanın tərkibində olan qəzalarında, xüsusilə İrəvan qəzasında azərbaycanlı (türk) əhalinin sayı xeyli çox olub.
Tarixən başımıza gələnləri kitablaşdırmamışıq, sabaha saxlamamışıq. Millət başına gələn fəlakətlərdən dərs almayanda, ayılmayanda yeni-yeni faciələr baş verir, bizi sevməyənlər unutqanlığımızdan məharətlə bəhrələnir. Ötən yüzilin əvvəllərində millətimizin başına gətirilən faciələr o dövrdə yaşayan, mübarizə aparan aydınlarımızın yazılarında ifadəsini tapıb. Bu, artıq millətimizin haradasa ayılma dövrü idi. Ancaq sonrakı dönəmlərdə gördüyümüz faciələr hələ də bizi gözləyən fəlakətləri yenmək gücündə olmadığımızı göstərdi.
Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymur arxivdə ötən yüzilin əvvəllərində ulusumuza qarşı törədilmiş soyqırımlarla bağlı tanınmış qələm sahiblərinə aid soraqların saxlanıldığını bildirir: "Ötən yüzilin əvvəllərində soydaşlarımıza qarşı törədilmiş qırğınlar
tarixin müxtəlif dönəmlərində özünü göstərdi. Bu mənada
yaradıcılarımız soyqırım mövzusuna dəfələrlə müraciət ediblər. Sovet dövründə bu mövzuda danışmaq yasaq idi. Əziz Şərifin şəxsi fondunda başımıza gətirilən soyqırımlarla bağlı müəyyən məqamlar var. Əziz Şərif sovet dövründə bu mövzuda danışmağa təbii olaraq ehtiyatlanırdı, ancaq hərdən qeyri-ixtiyari danışırdı. Sovet dövrünün bütün qadağalarına baxmayaraq soyqırım mövzusunu xalqa unutdurmaq olmadı. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Cümhuriyyəti dövründə soyqırımlar barədə həmin dövrdə isti-isti danışılmışdı, rəsmi sənədlərdə yazılmışdı. O dövrdə çıxmış "Azərbaycan" qəzetinin səhifələrində bu barədə xeyli sayda tükürpədici, ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımın təsvirləri detallarınadək var. Bütün bunlar bizim əlimizdə tutarlı faktlardır, bunlardan istifadə etməliyik. Bu faktlardan bir daha tamamilə aydın görünür ki, soyqırımı tarixin bütün çağlarında ermənilər törədib, ancaq bu gün özlərini dünyaya yazıq, məzlum, soyqırıma məruz qalmış xalq kimi təqdim edirlər. Azərbaycan Xalq Cümhuriyyətinin ideoloqou və qurucusu M.Ə.Rəsulzadə həmin dövrdə mart soyqırımının canlı şahidi olan M.Kulqedən sitat gətirir: "Kulqenin, digər əcnəbilərin o günlərin xatirəsi olmaq üzrə almış olduqları və bu gün əllərdə mövcud olan fotolar çox faciəli mənzərələri əks etdirir. Bir yığım qızlı-erkəkli cocuq ölüləri üzərində qocaman çoban köpəkləri bu məşum yavruları gəmirir... Çılpaq bir qadın yerə sərilmiş, ölmüş... bu ölü vücudun qurumuş məməsini canlı bir yavru əmməkdədir..."
M.Ə.Rəsulzadənin redaktorluğu ilə Münhen şəhərində nəşr olunan "İstiqlal" qəzetinin 1933-cü il 1 aprel tarixli 31-ci sayı demək olar, bütünlüklə 1918-ci ilin martındakı Bakı qırğınlarının 15 illiyinə həsr edilib. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti həm 1919-cu, həm də 1920-ci il martın 31-ni Milli Matəm günü kimi qeyd edib. Ermənilər hələ 1905-ci ildə Bakıda dəhşətli qırğınlar törətmişdilər. 19-cu yüzilin sonlarında yaradılan "Daşnaksütyun" partiyası
ermənilərin vəhşi istəklərinin gerçəkləşməsi üçün bir rupor rolunu oynayırdı. Məhz bu dövrdən başlayaraq erməni qatilliyi daha təkmil və planlı şəkildə gerçəkləşməyə başladı. Ermənilərin məqsədi bütün türkləri, o cümlədən Tiflis, Borçalı, Axalkalaki türklərini məhv edərək ancaq ermənilərdən ibarət Ermənistan yaratmaq idi.
Erməni fitri qatil ruhlu millətdir. Əgər belə olmasaydı, o zaman bu millətin qələm adamları özlərinin törətdikləri vəhşiliklər barədə döşlərinə döyərək danışmazdılar. Bir neçə il əvvəl Zori Balayanın Xocalı soyqırımı gecəsi 13 yaşlı Azərbaycan türkünü necə vəhşiliklə öldürməsi barədə etirafları Azərbaycan mətbuatında dərc olundu. Həyasızlığa bax ki, Balayan bu barədə kitab yazıb, erməniləri bir daha qisasçılığa səsləyir. Guya bununla o, milli borcunu yerinə yetirib. Milliliyin mayası insanilikdir. Burada iynənin ucu boyda da olsun, insanlıq, bəşəri əhval yoxdur.
Erməni tarixçisi A.Lalayan isə ötən yüzilin əvvəllərində ermənilərin vəhşiliklərini belə etiraf edir: "Daşnak dəstələri türk qadınlarının və uşaqlarının, qocaların və xəstələrin qarşısında maksimum cəsarət nümayiş etdirirdilər. Daşnak dəstələrinin tutduqları türk kəndləri canlı insanlardan təmizlənib, eybəcər hala salınmış qurbanları ilə birlikdə xarabalığa çevrilib".
Daşnak Vahram öz "qoçaqlığı" haqqında belə danışır: "Mən Basarkeçərdə heç nəyi nəzərə almadan türk əhalisini qırdım. Ancaq bəzən gülləyə heyfim gəlirdi. Bu itlərə qarşı ən yaxşı üsul odur ki, döyüşdən sonra salamat qalanların hamısını su quyusuna doldurub üstünə ağır daşlar tökəsən. Belə də etdim: bütün kişiləri, qadınları, uşaqları quyuya doldurub üstünə ağır daşlar tökdüm". A.Lalayan etiraf edir ki, Ermənistanda daşnak hökuməti özünün 30 aylıq hakimiyyəti dövründə (may 1918 - noyabr 1920) azərbaycanlı əhalinin 60 faizini qırıb. 1917-ci ilin dekabrından 1918-ci ilin avqustuna kimi təkcə Sisyan rayonunun 15 kəndində 625 nəfər qətlə yetirilib. Bayazid, Eçmiədzin, İrəvan qəzalarında qarət olunmuş, doğma yurdunu tərk etmiş soydaşlarımızın sayı 200 min nəfərə yaxın idi. Zəngəzur qəzasında 115 müsəlman kəndi dağıdılmış, həmin kəndlərdə yaşayan 3257 kişi, 2276 qadın, 2196 uşaq öldürülmüşdü. İrəvan quberniyasında 1918-ci ilin martınadək 199 kənd dağıdılmış, 135 min nəfərlik əhalinin bir qismi qılıncdan keçirilmiş, bir qismi isə çətinliklə qaçaraq canını qurtara bilmişdi. 1919-cu ilin 9 ayı ərzində Eçmiədzin və Sürməli qəzalarında 96 kənd, İrəvan qəzasında isə bütün kəndlər yerlə yeksan edilmişdi.
Tariximizin bu faciəli səhifələrinin daim oxunması, gərəkli ibrət dərslərinin götürülməsi vacibdir. Ermənilər Azərbaycanın Güneyində də - Urmiyada, Xoyda, Təbrizdə, Səlmasda və başqa şəhərlərdə soydaşlarımıza qarşı soyqırımı törətdilər. 150 min əhalisi olan Urmiyada bir gecədə 1500 türk öldürüldü.
Osmanlı ordusu gələnə kimi artıq öldürülənlərin sayı 10 min nəfəri ötdü. Urmiyadakı hadisələr digər Azərbaycan şəhərlərinin ermənilərə qarşı ayıq-sayıq tərpənməsinə səbəb oldu. Bu səbəbdən də ermənilər digər şəhərlərdə bu miqyasda qətliamlar törədə bilmədilər. Başımıza gələn, gətirilən faciələrdən günlərlə danışsaq, qurtarmaz. Bu yandan da bizi hər mənada gözləyən təhlükələr artmaqdadır; əgər erməni əvvəllər daha çox həm də arxadan vurduğu qılınca əl atırdısa, indi o, elmi-texniki tərəqqinin bütün imkanlarından daha səylə bəhrələnir. Erməni iyrənc, antiinsani məqsədləri üçün hər şeyə getməyə hazırdır, necə ki, bu vaxtacan gedib. Gec-tez dünya erməni əhvalından əl çəkəcək, çünki dünya bicliyin meydan sulamasına hər halda nə vaxtsa dözməyəcək. Bu gün dünyada informasiya müharibəsi gedir. İndi hər bir dövlət bu müharibədə heç olmasa, mövcudluğunu qoruyub saxlamağa çalışır, əsas diqqəti sözügedən sahəyə verir. Hazırda ermənilərlə informasiya savaşında az qala üstünlük əldə etməyimizlə bağlı da danışırlar. Ancaq gerçəklik budur ki, erməni bu gün daha səylə, inadla ümumən türkləri ermənilərə qarşı soyqırımı törətməkdə ittiham edir. Dünya nəinki buna qarşı dirəniş göstərmir, əksinə, Avropanın timsalında erməni hədyanını dəstəkləyir, türkün doğrudan da "qaniçən", "vəhşi", "soyqırımı törədən bir millət" olması obrazını davamlı şəkildə yaradır...

Uğur