“Əhalinin əsas hissəsi dini mövzularda edilən söhbətlərlə əsasən yas məclislərində tanış olurlar” Hadisə

“Əhalinin əsas hissəsi dini mövzularda edilən söhbətlərlə əsasən yas məclislərində tanış olurlar”

Elşən Qaraçuqlu: "Bunun da hansı səviyyədə olduğu hər birimizə məlumdur"

"İlk növbədə onu qeyd etmək istərdim ki, ölkədə dini maarifçiliyin səviyyəsi yas məclislərində aparılan təbliğat səviyyəsindədir və əlbəttə ki, bu təəssüfləndirici haldır. Ölkədə bu sahədə aparılan təbliğat-təşviqat məsələləri buraxılan bir-iki jurnal, ya da televiziya və ya radioda çox məhdud zaman ərzində yayımlanan verilişlərdən ibarətdir". Bu fikirləri Azərbaycan Sosialist Partiyasının sədri Elşən Qaraçuqlu səsələndirib. Onun üözlərinə görə, əhalinin əsas hissəsi dini mövzularda edilən söhbətlərlə əsasən yas məclislərində tanış olurlar ki, bunun da hansı səviyyədə olduğu hər birimizə məlumdur: "Bu sahədə əlbəttə ki, köklü islahatlara ehtiyac zəruridir və birbaşa Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birbaşa kurasiyasındadır. Bildiyim qədər də o komitə öhdəsinə düşən vəzifələri maksimum dərəcədə yerinə yetirməkdədir. Lakin təkcə bir qurumun fəaliyyəti bütün məsələləri tam olaraq yerinə yetirməyə hansı dərəcədə yetərlidir? Bax, burada məsələ açıq qalır. İslahatlara ehtiyac məsələsinə toxunduqda isə onu deyə bilərəm ki, bu sahəyə yönələn diqqət və vəsait artırılmalı, KİV-də aparılan təbliğat – təşviqat məsələləri ilə bağlı düzgün strategiya qurulmalıdır. Əlbəttə ki, xalq arasında nüfuzu olan din xadimlərinin çıxışlarına da yer ayrılması əsas məsələlərdən biridir. Dinin siyasətlə qarışdırılması məsələsinə gəlincə, daha doğrusu yəqin ki, əlbəttə ki, Azərbaycan qanunlarına görə din dövlətdən ayrıdır. Amma müasir zamanda bütün dünyada qloballaşma prosesinin getdiyini nəzərə alsaq, qanunların da bu siyasətin bir hissəsi olaraq uzlaşdırılması prosesinin şahidi olarıq ki, buna da müsəlman çoxluğunun məskunlaşdığı ölkəmizdə İslami dəyərlərə zidd olduğunu görürük. Təbii ki, digər dövlətdə normal qarşılanacaq bir qanunun bizim üçün istər dini, istərsə də digər səbəblərdən qəbul olunmazlığını görərik ki, bu da dinin siyasəti birbaşa diqtə etməsi başa düşülməlidir. Deməli istər-istəməz dinlə yürüdülən siyasətin birbaşa kəsişdiyi nöqtələr mövcuddur. Azərbaycanda dini, radikal meylli qüvvələrin olması şübhəsizdir. Burada müzakirə açmadan onu deyə bilərəm ki, bu qüvvələr haqqında Azərbaycan mətbuatında çoxlu sayda yazılar dərc edilib, fikirlər bildirilib. Bütün bunların qarşısının alınmasında əlbəttə ki, ilk növbədə ictimai təhlükəsizliyi qorumalı olan orqanlar məsuliyyət daşıyır. İkinci bir tərəfdən isə yuxarıda misal çəkdiyim təbliğat-təşviqat məsələlərinə yer ayrılması zərurətdən doğan məsələdir".

Əli