Azərbaycan Rusiyadan katerlər alır Hadisə

Azərbaycan Rusiyadan katerlər alır

Azərbaycan Rusiyanın "Vımpel Shipyard" şirkətindən yedəkdə daşınan motorlu katerlər alır. Bu barədə APA-ya adıçəkilən şirkətdən məlumat verilib.
Şirkətin Malayziyada ötən həftə keçirilmiş DSA-2014 sərgisində iştirak edən nümayəndələrinin sözlərinə görə, Azərbaycan BMK-225 tipli yedəkdə daşınan motorlu katerlər sifariş verib.
Bu katerlər "Ural" və digər böyük nəqliyyat vasitələrinin üzərində daşınır. Çay və kiçik göllərdə, su ərazilərində ponton körpülərin salınmasında istifadə olunur.
Şirkət rəsmiləri hazırda sifarişin icrasının davam etdiyini bildiriblər.