“Turizm haqqında” qanun müzakirə olunub Hadisə

“Turizm haqqında” qanun müzakirə olunub

Dünən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.
İclasda "Turizm haqqında" qanun layihəsi II oxunuşda müzakirə edilib.
Parlamentin Sosial qanunverilcilik şöbəsinin bölmə müdiri Adil Vəliyev bildirib ki, qanun layihəsindəki ən böyük problemlərdən biri rekreasiya zonalarında tikintiyə icazənin verilməsidir. O qeyd edib ki, layihədəki bəzi maddələr açıq qalıb.
"Ən böyük problemlərdən biri rekreasiya zonalarında tikintiyə icazənin verilməsidir. Həmin yerlərdə tikintiyə icazənin nəzarət orqanı tərəfindən verilməsi mübahisə predmetidir. Bununla bağlı biz Mədəniyyət və Turizm Nazirliyi ilə razılığa gəlib müəyyənləşdirməliyik ki, sahibkarlar üçün əlavə problemlər yaranmasın, icazənin özü üçün əlavə "icazə" sənədi olmasın".
A.Vəliyev deyib ki, layihədə turizm ekspertizası ilə bağlı maddə kifayət qədər lakonik hazırlanmalıdır.
"Layihədə Dövlət Turizm Reyestri ilə bağlı maddədə də dəyişiklik edilməlidir. Burada onlayn sistemin tətbiq ilə bağlı müəyyən problemlər var. Yaxşı olar ki, reyestr xidmətinə onlayn müraciət olunsun və daha sonra müraciət edən şəxsin fəaliyyəti üzrə yoxlama aparılsın. Bu da müraciət edən şəxslərin fəaliyyətinin sadələşdirilməsi deməkdir".
A.Vəliyev qeyd edib ki, qanun layihəsinin 40-cı - fövqəladə hallar zamanı tədbirlərlə bağlı maddəsi çıxarılmalıdır: "Çünki buradakı məsələlər Fövqəladə Hallar Nazirliyinin əsasnaməsində kifayət qədər öz əksini tapıb. Bundan başqa, turistlərin və ekskursantların daşınması xidmətlərinin təşkilinin tənzimlənməsi də digər normatv hüquqlarla tənzimlənir, ona görə bu maddəni də qısaltmaq olar".
Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov bildirib ki, Azərbaycanın turizm imkanlarının turizm məhsulu kimi təqdim edilməsi üçün koordinasiya işləri aparılmalıdır.
"Biz nə Fövqəladə Hallar Nazirliiynin, nə də rayon, şəhər icra hakimiyyətlərinin və digər dövlət qurumlarının səlahiyyətinə müdaxilə edirik. İcra haçkimiyyətləri torpaqları icarəyə verir, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitlə bağlı məsələləri tənzimləyir. Bu gün bu məsələlərin hamısının turizm məhsulu kimi ortaya gətirmək üçün Mədəniyyət və Turizm Nazirliyinin ortaq koordinasiyası lazımdır. Bizim Türkiyədən dəvət etdiyimiz təcrübəli ekspertlər bildirdilər ki, Türkiyədə olduğu kimi, Azərbaycanda rekreasiya zonalarının inkişafına nail olmaqdan ötrü tikintiyə başlamaq üçün investisiya sənədi və müəsisənin fəaliyyəti üçün ayrıca sənəd təqdim olunmalıdır. Bizim hədəflərimiz də odur ki, sahibkarlar qarşısındakı maneələləri sıfıra endirək. Bölgələrdə yataq yerlərin sayını artıraq, infrastrukturu genişləndirək. Bununla həm bölgəni inkiaşf etdirək, həm də işsizliyi aradan qaldırarıq