Ukrayna Qərbə təcili dəmir yolu lokomotivləri tədarük etmək üçün müraciət edib Dünya

Ukrayna Qərbə təcili dəmir yolu lokomotivləri tədarük etmək üçün müraciət edib

Ukraynanın xarici işlər naziri Andriy Sibiqha qərbli müttəfiqlərini ölkəyə təcili olaraq dəmir yolu lokomotivləri verməyə çağırıb.

Xalqcebhesi.az xəbər verir ki, onun sözlərini Ukrayna XİN-in Telegram kanalı sitat gətirib.

"Ukraynanın zədələnmiş və məhv edilmiş lokomotivlərin əvəzlənməsi üçün təcili olaraq yeni lokomotivlərə ehtiyacı var. Bütün tərəfdaşlarımızı 1520 mm enində dəmir yolu xəttinə uyğun gələn lokomotivlərin tapılmasına, eləcə də yeni lokomotivlərin satınalınmasını sürətləndirmək üçün lazımi maliyyənin ayrılmasına təxirəsalınmaz köməklik göstərməyə çağırırıq", - deyə Sibiqha bildirib.

Sibiqha qeyd edib ki, 2022-ci ildən bəri Ukrayna ümumilikdə 500-dən çox lokomotiv itirib.

Məryəm Quliyeva