Sarkisyana qarşı yeni cəbhə Hadisə

Sarkisyana qarşı yeni cəbhə

Ermənistanda 2017-ci ilin payızında hakimiyyət uğrunda mübarizənin ən qızğın mərhələsində olacaq. Prezident Sarkisyan-Tsarukyan tandeminə Karen Karapetyan, Samvel Karapetyan və Ovik Abramyan birliyinin qarşı çıxacağı istisna edilmir.
Bu barədə "Jamanak" qəzeti məlumat yayıb.
Məlumata görə, Qaqik Tsarukyan Serj Sarkisyanı dəfələrlə inandırmağa çalışıb ki, hakimiyyət uğrunda mübarizədə yalnız bir adama (Serj Sarkisyana-red) dəstək verəcək.
Bundan əlavə Samvel Karapetyanla Ovik Abramyan arasında görüşlər keçirilib. Abramyan "Jamanak"a müsahibəsində Karen Karapetyan hökümətinin apardığı işləri müsbət qiymətləndirib.
İddialara əsasən, Ermənistanın baş naziri Samvel Karapetyan və Ovik Abramyanla birləşərək Sarkisyana qarşı çıxacaq.
ABŞ-ın hərbi xərcləri Rusiyanı qorxutdu
Moskva Donald Tramp administrasiyasının NATO çərçivəsində hərbi xərclərini artırmasından narahatdır.
Bunu "Rossiya 24" televiziyasına müsahibəsində Rusiyanın NATO-dakı daimi nümayəndəsi Aleksandr Qruşko söyləyib.
"Bu gün bizi narahat edən məqam Trampın müttəfiqlərin rahatlaşdırılması proqramına gələn il üçün 4,8 milyard dollar ayırmasıdır. Cari ildə bu proqrama 3,7 milyard dollar ayrılmışdı. Bu, gələn il həmin xərcin 40% artırılması deməkdir. Bu həm də ABŞ-ın Avropaya əlavə qüvvə yerləşdirməsi deməkdir. Rusiya baş verənləri diqqətlə izləyir və öz maraqlarını qorumaq üçün lazımi tədbirlər görür", – deyə o bildirib.