Fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri təsdiqlənib Hadisə

Fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri təsdiqlənib

İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan Müşahidə Şurasının sədri Həsən Həsənov gündəlikdəki məsələlər barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. İcraçı direktor Fondun 22 iyul Milli Mətbuat Günü münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsininKİV-lərə Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqaməti əhatə etdiyini bildirib. Yazıların 12 ekspert tərəfindən qiymətləndirildiyini deyən Vüqar Səfərli ümumilikdə 111 nəfər jurnalistin mükafatlandırılacağını diqqətə çatdırıb. Müsabiqənin şərtlərinə əsasən, I yerin qalibləri üçün 500, II yerin qalibləri üçün 400, III yerin qalibləri üçün 300 manat mükafat nəzərdə tutulub.
Sonra müsabiqənin ekspertlər tərəfindən müəyyənləşdirilmiş yekun nəticələri Müşahidə Şurası üzvlərinin müzakirəsinə təqdim edilib. Şura üzvlərindən Bəhruz Quliyev, İntiqam Hümbətov, Ayaz Mirzəyev, Əvəz Rüstəmov və Rasim Həsənov keçirilmiş müsabiqənin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial vəziyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətini diqqətə çəkiblər. Daha sonra müsabiqənin yekun nəticələri səsə qoyularaq yekdilliklə təsdiq edilib.
Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor Vüqar Səfərli Fondun yaxın dövr üçün fəaliyyət istiqamətləri barədə məlumat verib.

Müsabiqəsinin nəticələri

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu istiqaməti üzrə "Palitra" qəzetinin şöbə müdiri Miriyev Anar Barat oğlu, Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi istiqaməti üzrə "Lənkəran" qəzetinin müxbiri Babayev Ağaddin Abdulla oğlu, İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması istiqaməti üzrə "Üç nöqtə"qəzetinin redaktoru Əfəndiyev Pünhan Şövkət oğlu, İctimai və dövlət maraqlarının müdafiəsi "Ədalət" qəzetinin şöbə müdiri Ədilzadə Ədil Tahir oğlu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi istiqaməti üzrə "Ekspress" qəzetinin redaktoru Məmmədli Qalib İbrahim oğlu, Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi istiqaməti üzrə "Kaspi" qəzetinin müxbiri Cəfərova Aygün Əzizağa qızı, Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması "Şərq" qəzetinin müxbiri Bayramova Yeganə Sahib qızı, Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği istiqaməti üzrə "Xalq Cəbhəsi" qəzetinin müxbiri İmaməliyev Elçin Qalib oğlu, Azərbaycançılıq ideyasının təbliği istiqaməti üzrə "The Business Times" qəzetinin müxbiri Əliyeva Kifayət Cəbrayıl qızı, Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi istiqaməti üzrə "Bərdə" qəzetinin redaktoru Məmmədov Elbrus Şamil oğlu, İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi istiqaməti üzrə "Mövqe" qəzetinin müxbiri Sultan Rüfət Nadir oğlu, Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi istiqaməti üzrə "İki sahil" qəzetinin müxbiri
İlyasov Vəli Yusif oğlu, Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi istiqaməti üzrə "Media və Təhsil İnnovasiyaları" jurnalının redaktoru Hüseynova Səidə Bahadur qızı, Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması istiqaməti üzrə "Qərb informasiyası" qəzetinin redaktoru Qasımlı Orxan İlyas oğlu, Uşaq və gənclərin fiziki və mənəvi inkişafı"Teleqraf.com" İnformasiya Agentliyinin müxbiri Xankişiyeva İlhamə Əbülfət qızı, Ekologiya və ətraf mühitin mühafizəsi istiqaməti üzrə "Respublika" qəzetinin şöbə müdiri Cavadov Nərman Əhməd oğlu, "İki sahil" qəzetinin bölmə müdiri Rzayev Zahid Asəf oğlu, Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi üzrə "Olaylar" qəzetinin müxbiri Hüseynli Alim Ziyadxan oğlu, Elm və təhsilin inkişaf etdirilməsi istiqaməti üzrə "Yeni Müsavat" qəzetinin müxbiri Qurbanova Sevinc Telman qızı, Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi istiqaməti üzrə "Hərbi and" qəzetinin müxbiri Mehdiyeva Ramilə Qardaşxan qızı 1-ci yerə layiq görülüblər.