14:28
406
Fransa Ukraynada atəşkəs rejimi bərqərar olacağı təqdirdə, dərhal öz hərbi qulluqçularını oraya göndərməyə hazırdır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Europe 1" radiosu məlumat yayıb.
Məlumata görə, fransız əsgərlərinin göndərilməsi Kiyevə yardım göstərilməsi üzrə "istəkli tərəflər koalisiyası" çərçivəsində həyata keçirilə bilər.
Radionun qeyd etdiyinə görə, söhbət Fransa hərbçilərinin cəbhə xəttindən uzaqda, strateji cəhətdən mühüm obyektlərdə yerləşdirilməsindən gedir. "Onların vəzifəsi Ukrayna ordusunu hazırlamaq, təchiz etmək və ən əsası bərpa etmək olacaq. "Rafale" qırıcıları hava məkanının təhlükəsizliyinin təmin edilməsində iştirak edəcək", - deyə "Europe 1" bildirir.
Fransadan başqa, "istəkli tərəflər koalisiyası"nın digər ölkələri də Ukraynaya hərbçilər göndərə bilər. Bu dövlətlərin dəqiq nə qədər əsgər göndərəcəyi hələlik məlum deyil, lakin radionun iddiasına görə, söhbət bir neçə min hərbi qulluqçudan gedə bilər.
Məryəm Quliyeva