14:39
427
Tehran Düşənbə reysini yerinə yetirən İran sərnişin təyyarəsi Türkmənistanın öz hava məkanından keçid icazəsi verməməsindən sonra İmam Xomeyni adına hava limanına qayıtmalı olub.
Xalqcebhesi.az "Iran International" nəşrinə istinadən xəbər verir ki, bu barədə İran Mülki Aviasiya Təşkilatının rəsmi nümayəndəsi Məcid Əhavan bildirib.
O qeyd edib ki, təyyarə Türkmənistan tərəfindən tranzit icazəsinin olmaması səbəbindən Tacikistana uçuşunu davam etdirə bilməyib.
Bundan əlavə, regional vəziyyətin kəskinləşməsi fonunda cümə axşamı gecə yarısından etibarən İran aviaşirkətlərinin BƏƏ-yə bütün reyslərinin ləğv edildiyi bildirilib.
Məryəm Quliyeva