Aİ Şurası Ukraynaya təxminən 3 milyard avroluq ödənişi təsdiqləyib Dünya

Aİ Şurası Ukraynaya təxminən 3 milyard avroluq ödənişi təsdiqləyib

Aİ Şurası "Ukraine Facility" 50 milyardlıq fondundan Ukraynaya təxminən 3 milyard avro məbləğində növbəti ödənişin edilməsini təsdiqləyib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat üçün buraxılışında bildirilir.

"Şuranın "Ukraine Facility" proqramı üzrə səkkizinci müntəzəm ödənişi təsdiqləməsindən sonra Ukrayna tezliklə təxminən 3 milyard avro alacaq", - deyilib.

Qeyd olunur ki, təxminən 800 milyon avro ilk dəfə olaraq Ukraynanı dəstəkləmək üçün nəzərdə tutulan kredit hesabına ayrılacaq. Aİ-nin planına əsasən, fondun vəsaitləri "makromaliyyə sabitliyinə", həmçinin "islahatların təmin edilməsinə" və Ukraynada "dövlət idarəçiliyi" ehtiyaclarına yönəldilməlidir.

Məryəm Quliyeva