12:50
448
Gürcüstan, Türkiyə və Azərbaycan hərbçiləri Besik Kutataladze adına Saçxere Dağ Hazırlığı Təlim Mərkəzində baza səviyyəli yay təlim kursunda iştirak edirlər.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.
Məlumata əsasən, təlimlər üçtərəfli hərbi əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Praktiki məşğələlər Saçxere və Çiatura ərazilərindəki təlim poliqonlarında aparılır. İştirakçılar qayayadırmanma, çaydan keçid, maneə zolaqlarının dəf edilməsi, yüksək dağlıq ərazidə hərəkət, yaralılara ilkin tibbi yardımın göstərilməsi, təxliyə və gecə yürüşü kimi bacarıqları mənimsəyir və sınayırlar.
Üçhəftəlik təlimin sonunda iştirakçılara sertifikat və döş nişanları təqdim olunacaq.