Milli Qəhrəman Çingiz Mustafayevin soyqırımı zamanı lentə aldığı Ləfxanım Mahmudova Xocalıya qayıdıb - FOTO Hadisə

Milli Qəhrəman Çingiz Mustafayevin soyqırımı zamanı lentə aldığı Ləfxanım Mahmudova Xocalıya qayıdıb  - FOTO

Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı zamanı lentə aldığı kadrlarla yaddaşlarda qalan Ləfxanım Mahmudova Xocalıya qayıdıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, o, ailəsi ilə birlikdə Xocalının Təzəbinə kəndində mənzillə təmin olunub.

1992-ci ildə Xocalı faciəsi zamanı 9 yaşında olan Ləfxanım, illər sonra 44 yaşında doğma torpağında yeni həyata başlayıb. 9 yaşında ağlaya-ağlaya Xocalını tərk etmiş Ləfxanım, bu gün gülə-gülə ailəsi, övladları, nəvəsi ilə doğma torpağına qayıdıb.

Ləfxanım Mahmudova 9 yaşında olarkən Xocalı faciəsinin şahidi olub. Ailəsi ilə birlikdə erməni əsirliyinə düşüb, ağır işgəncələr və yaxınlarının itkisi ilə üzləşib. Əsl adı Ləfxanım olan, soyuqdan ayaqları don vuran 9 yaşlı uşağa Ağdam xəstəxanasında onu müalicə edən həkim Nərgiz adını verib. Hamının Ləfxanım kimi tanıdığı Nərgiz Mahmudova 34 ildən sonra doğma evində, elindədir.

O, böyük sevinc və qürur hissi keçirdiyini bildirib: ”Şükürlər olsun. Bu günləri bizə yaşadan cənab Prezidentə öz dərin təşəkkürümü bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Onların qanı axan bu torpaqlarda biz mütləq yaşamalıyıq ki, onların ruhu şad olsun”.

Milli Qəhrəman Çingiz Mustafayevin soyqırımı zamanı lentə aldığı Ləfxanım Mahmudova Xocalıya qayıdıb - FOTO Milli Qəhrəman Çingiz Mustafayevin soyqırımı zamanı lentə aldığı Ləfxanım Mahmudova Xocalıya qayıdıb - FOTO Milli Qəhrəman Çingiz Mustafayevin soyqırımı zamanı lentə aldığı Ləfxanım Mahmudova Xocalıya qayıdıb - FOTO Milli Qəhrəman Çingiz Mustafayevin soyqırımı zamanı lentə aldığı Ləfxanım Mahmudova Xocalıya qayıdıb - FOTO Milli Qəhrəman Çingiz Mustafayevin soyqırımı zamanı lentə aldığı Ləfxanım Mahmudova Xocalıya qayıdıb - FOTO Milli Qəhrəman Çingiz Mustafayevin soyqırımı zamanı lentə aldığı Ləfxanım Mahmudova Xocalıya qayıdıb - FOTO Milli Qəhrəman Çingiz Mustafayevin soyqırımı zamanı lentə aldığı Ləfxanım Mahmudova Xocalıya qayıdıb - FOTO