13:02
385
İran və ABŞ hakimiyyətləri aralarında mövcud olan münaqişəni tənzimləməli və Fars körfəzində sülhü bərpa etməlidirlər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Cyakun bildirib.
"Birləşmiş Ştatlar və İran arasındakı münaqişə müvafiq tərəflərin və beynəlxalq birliyin ümumi maraqlarına cavab vermir", -deyə o, brifinqdə vurğulayıb. Çinli diplomat dəqiqləşdirib ki, Tehran və Vaşinqton "dinc yola sadiq qalmalı, mübahisələri dialoq və danışıqlar yolu ilə həll etməli, Fars körfəzi regionunda və Yaxın Şərqdə sülhün və sakitliyin tezliklə bərpa olunmasına kömək etməlidirlər".
Məryəm Quliyeva