Çin Özbəkistana "J-10" qırıcılarının tədarükünü şərh edib Dünya

Çin Özbəkistana "J-10" qırıcılarının tədarükünü şərh edib

Özbəkistana Çin istehsalı çoxməqsədli "J-10CE" qırıcılarının tədarükü üçüncü ölkələrə qarşı yönəlməyib.

Xalqcebhesi.az xəbər verir ki, Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Cyan Bin bu təyyarələrin Özbəkistan Hərbi Hava Qüvvələrinə tədarükünün başa çatması ilə bağlı sualı cavablandırarkən belə deyib.

"Çin və Özbəkistan, eləcə də hər iki ölkənin silahlı qüvvələri arasındakı münasibətlər dostluq xarakteri daşıyır. Tərəflər arasında hərbi ticarət sahəsində əməkdaşlığın normal inkişafı beynəlxalq hüquqa və beynəlxalq təcrübəyə uyğundur və hər hansı üçüncü tərəfə qarşı yönəlməyib", - deyə o qeyd edib.

Məryəm Quliyeva